Böyük qaçqın ordusu Türkiyə sərhədlərinə üz tutub - İdlib bombalanır (FOTO)

25-12-2019, 00:07           
Böyük qaçqın ordusu Türkiyə sərhədlərinə üz tutub - İdlib bombalanır (FOTO)
Əsəd rejiminin Rusiyanın dəstəyi ilə hələ də üsyançıların əlində olan İdlib bölgəsinin cənub-şərqinə davam edən hava hücumlarından sonra 120 min suriyalının uzun maşın karvanları ilə Türkiyənin əlində olan Suriya sərhəd regionlarına axın etməsi havadan çəkilən görüntülərlə ictimailəşib.

Müharibəyə qədər 1,5 milyon əhalisi olan İdlib şəhərində müharibə dövründə davam etmiş mütəmadi köçkün axını nəticəsində hazırda 4 milyon insan yaşayır. Türkiyə ilə Rusiya arasında atəşkəs qərarına baxmayaraq, İdlibə hücum davam edir.

“Sözcü” xəbər verir ki, Azad Suriya Ordusu və Milli Qurtuluş Cəbhəsi təşkilatları İdlibə dəstək göndərmək qərarına gəliblər. Türkiyə sərhədinə doğru hərəkət edən yüz minlərlə insan Türkiyənin həyata keçirdiyi “Zeytun Budağı” və “Fərat Qalxanı” əməliyyatları nəticəsində ələ keçirilmiş ərazilərə istiqamətləniblər. Son 1 həftə ərzində Əsəd rejimi xeyli kənd və qəsəbələri ələ keçirib və nəzarətindəki əraziləri genişləndirib.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.