Türkiyəni qana boyayacaq plan aşkarlandı: ölkə ciddi nəzarət altında

10-12-2015, 14:23           

Türkiyə-Rusiya arasındakı böhran aradan qalxmamış maraqlı qüvvələrin planları aşkarlanıb.

Cebhe.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi Türkiyəni ölkədə gözlənilən hücumla bağlı xəbərdar edib. Xəbərdarlıqdan sonra 81 vilayətdə təhlükəsizlik təbirləri gücləndirilib.

Məlumata görə, Mumtaz Muhammed Jamas Dağmash, Ayman Ahmet Abdullah Nofal və Rafet Abbas adlı fələstinlilər Türkiyədəki rus turistlərə qarşı hücumlar hazırlayır. Sözügedən şəxslərin Sina yarmadasında Rusiyaya məxsus təyyarənin vurulmasında da əli olduğu bildirilir.

İdarənin məlumatına görə, 544 814 0... nömrəli xətdən istifadə edən və İŞİD-ə bağlılığı olan Əbu Xalid kod adlı Camal Nasa adlı şəxs də Türkiyədədir. Onun saxta sənədlərdən istifadə etdiyi vurğulanır. İnsan qaçaqmalçılığı ilə də məşğul olan bu şəxs xüsusilə suriyalı miqrantların Avropa ölkələrinə daşınmasından qazanc əldə edir.

Adıçəkilən şəxsin kamikadze hücumu hazırlığında olduğu və bu məqsədlə başqa bir nəfərlə əlaqə saxladığı da daxil olan məlumatlar arasındadır. Şəxslərin istifadə etdiyi telefon xətti Adana, Canaqqala, Diyarbəkir, Qaziantep, İstanbul, Kayseri, Mardin kimi şəhərlərdə bir çox telefon nömrələri ilə mütəmadi əlaqə saxlayıb. Hazırda Türkiyə təhlükəsizlik qüvvələri İŞİD-ə bağlılığı olan həmin 3 fələstinlinin axtarışını davam etdirir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.