Qətərdən Türkiyəyə jest: Rusiya şantajı…

10-12-2015, 21:19           
Qətərdən Türkiyəyə jest: Rusiya şantajı…
Rusiya ilə Türkiyənin arasında yaşanan təyyarə böhranının və bunun təbii qaza təsir edib-etməyəcəyi müzakirə olunduğu bir vaxtda Qətər Türkiyəyə dəstək olub.
Avropa.info xəbər verir ki, İranın Türkiyəyə ixrac etdiyi təbii qazın miqdarını yarı-yarıya endirməsindən sonra Qətər hökumətindən Türkiyəyə mühüm mesajlar verilib.
Dünən öz işinə başlayan Beynəlxalq Əməkdaşlıq Platforması tərəfindən təşkil olunan 6-cı Boğaziçi Zirvəsində iştirak edən Qətərin sabiq baş naziri və sabiq sənaye və energetika naziri Abdullah ibn Hamad əl-Attiyə gündəmlə bağlı jurnalistlərin suallarını cavablandırıb.
Prezident Rəcəb Tayyib Ərdoğanın Qətər səfəri zamanı keçirdiyi danışıqlarla Türkiyənin təbii qaz baxımından təhlükəsizliyini zəmanət altına aldığını vurğulayan əl-Attiyə təbii qaz tədarükü baxımdan Qətərlə heç bir problemin olmadığını bildirib.
“Türkiyənin istədiyi qədər qazı ixrac etməyə hazırıq. Dünyanın ən böyük mayeləşdirilmiş qaz gəmiləri bizdədir. 4-5 gün içində istənilən miqdarda qazı Türkiyəyə çatdıra bilərik”, – eks-nazir deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru