Türk əsilli alimə Nobel mükafatı verildi

10-12-2015, 23:25           
Türk əsilli alimə Nobel mükafatı verildi
Norveçin paytaxtı Osloda bu axşam keçirilən mərasimdə Nobel mükafatı sahiblərinə təqdim edilib.

"Report" xəbər verir ki, kimya üzrə Nobel mükafatını alanlardan biri də türk əsilli ABŞ vətəndaşı Əziz Səncərdir olub.

Kimya elmi üzrə 2015-ci il Nobel mükafatı Tomas Lindal (Britaniyada işləyir), Pol Modriç və Əziz Səncərə (hər ikisi ABŞ-da işləyir) verilib.

Onlar zədələnən DNT-nin "təmiri" və genetik informasiyanın saxlanılması zamanı molekulyar səviyyəni göstərən üsulun tapılmasına görə bu mükafata layiq görülüblər.

Professor, doktor Əziz Səncər xərçəng xəstəliyi ilə bağlı əhəmiyyətli elmi işləri olan dünyada tanınan alimdir. O, xərçəng xəstəliyində "ritmik saat" müalicəsinin müəllifidir.

Əziz Səncər hazırda ABŞ-ın Şimali Karolina Universitetinin Biokimya və biofizika fakültəsinin müəllimidir












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru