Türkiyə parlamenti yanvarın 2-də Liviyaya ordu göndərilməsi ilə bağlı qanunu müzakirə edə bilər

29-12-2019, 00:00           
Türkiyə parlamenti yanvarın 2-də Liviyaya ordu göndərilməsi ilə bağlı qanunu müzakirə edə bilər
Türkiyə Böyük Millət Məclisində ölkənin hərbi qüvvələrinin Liviyada istifadə edilməsini özündə ehtiva edən qanun layihəsi 2020-ci ilin yanvar ayının 2-də müzakirəyə çıxarıla bilər.

“Report” xəbər verir ki, bu barədə “Anadolu” agentliyiməlumat yayıb.

Qeyd olunub ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan daha əvvəl parlament üzvlərinin tətildən qayıtdıqdan qısa müddət sonra, 7 və ya 8 yanvarda ölkənin hərbi qüvvələrinin Liviyada istifadə edilməsi ilə bağlı qanun layihəsini təsdiqləyəcəklərinə ümid etdiyini bildirib.

“Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasındakı (AKP) mənbələrə görə, dövlət başçısının imzaladığı müvafiq qanun 30 dekabr, bazar ertəsi günü Türkiyə Böyük Millət Məclisinə təqdim ediləcək və müzakirələr 2 yanvar, cümə axşamı günü reallaşacaq. Parlament iclaslarının yekun gündəliyi isə 30 dekabr, bazar ertəsi günü razılaşdırılacaq”, deyə agentlik məlumat yayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru