Şiələr Türkiyəyə qarşı müharibəyə başlayır

11-12-2015, 11:43           
Şiələr Türkiyəyə qarşı müharibəyə başlayır
İraqda İran ilə əlaqəsi olan silahlı şiə qruplar Türkiyəyə qarşı hərbi əməliyyatlara hazırlaşır.

Axar.az xəbər verir ki, bu barədə Bədr briqadasının sözçüsü Kərim Nuri deyib. O, Türkiyənin bölgəyə canlı qüvvə göndərməsini İŞİD işğalı ilə müqayisə edərək, bütün variantlardan istifadə edəcəklərini bildirib:

“Cavab vermə haqqımız var və türklər dərslərini alana qədər vuruşmağa hazırıq. Osmanlı imperiyasına qayıtmaq kimi xəyalları var? Bu, böyük bir səhvdir və buna görə cəzalarını alacaqlar”.

“Kataib Hizbullah” adlı silahlı şiə qruplaşmasının nümayəndəsi Cəfər Hüseyni də əməliyyatları istisna etməyib:

“Hərbi variant hələ də ehtimal edilir. Önümüzdəki bir neçə gündə türklərə, türk əsgərlərinə və ya İraqdakı türk maraqlarına qarşı əməliyyata başlaya bilərik”.

“Röyter”in analizinə görə, düşərgənin olduğu sahə Regional Kürd Rəhbərliyinin nəzarəti altında olduğu üçün şiə qüvvələrinin əməliyyata başlaması o qədər də inandırıcı görünmür. Digər tərəfdən, məmnun olmadığını açıq şəkildə ifadə edən Baş nazir Heydər Abadiyə qarşı təzyiqlər də artır. ABŞ-ın bölgəyə xüsusi qüvvə yeritməsi ilə bağlı Ağ Evin verdiyi açıqlamadan sonra bu təzyiq daha da güclənib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru