Rusiya türk tələbələrini də ölkədən qovur

11-12-2015, 12:18           

Rusiyanın bir sıra ali təhsil müəssisələrində oxuyan türk tələbələrin ölkədən çıxarıldığı haqda məlumatlar yayılıb.

Ölkə.az xəbər verir ki, Rusiyanın Nüvə araşdırmaları universitetində oxuyan bir qrup türk tələbə bu təhsil müəssisəsindən heç səbəb gətirilmədən qovulublar.

Türk tələbələri dərnəyinin rəhbəri Okan Yıldızın verdiyi məlumata görə, Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları türk tələbələr yaşayan yataqxanaya gələrək orada axtarış aparıblar. Türklərin qaldıqları otaqların alt-üst edildiyi bildirilir.

"Onlar heç nə demədilər. Sadəcə bizim terrorizmi dəstəklədiyimizi iddia etdilər, amma bütün bunlar yalandır. Biz adi tələbələrik", deyə Yıldız yerli KİV-lərin əməkdaşları ilə söhbətində bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru