Ərdoğanla namaz qılan İmamoğlu: “Mənə dedi ki…” – Şok açıqlama

7-01-2020, 00:05           
Ərdoğanla namaz qılan İmamoğlu: “Mənə dedi ki…” – Şok açıqlama
Türkiyənin İstanbul şəhərinin bələdiyyə sədri Əkrəm İmamoğlu məscidlərdən birində Prezident Rəcəb Tayyib Ərdoğanla namaz qıldıqdan sonra aralarında baş verən dialoq haqda danışıb.
Bələdiyyə sədri bu barədə jurnalistlərin ona ünvanlandığı sualları cavablandırıb.
İmamoğlu cümə namazı vaxtı üz-üzə gəldiyi Ərdoğana onunla görüşmək istədiyini deyib:
“Cümə namazında onunla qarşılaşdım, görüş təklifimi yenidən irəli sürdüm. Sentyabr ayında bələdiyyə sədrləri ilə görüşündə də bu haqda ona demişdim və qərar verilmişdi. Mənə görüşə çağırılacağımı bildirdi, buna görə ona təşəkkür etdim. Mənimlə yanaşı, CHP-dən Mənsur Yavaş və Yılmaz Büyükşərənlə də görüşəcəyini dedi. Məsciddə bunu ona xatırlatdım.
Cavabı bu oldu ki, bu həftə bizimlə əlaqə saxlayacaq, amma həmin həftə gəlib çatmadı. Vədini yerinə yetirmir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru