Əsəd qüvvələri Bayırbucaq türkmənləri üzərinə hücuma keçdi - Ruslar da havadan bombalayır

12-12-2015, 21:46           
Əsəd qüvvələri Bayırbucaq türkmənləri üzərinə hücuma keçdi - Ruslar da havadan bombalayır
Suriyanın hökumət qoşunları Suriya türkmənlərinin yaşadığı Lazkiyə əyalətinin Bayırbucaq rayonunun üzərinə hücuma keçib.

Avropa.info xəbər verir ki, Əsəd qüvvələri bu gün Qızıldağ bölgəsinin cənubundakı Kırıkaltı təpəsinə və Göydağ kəndinə doğru irəliləyiblər. Anadolu Agentliyi bildirir ki, bu mövqe xüsusi strateji önəm daşıyır.

Rusiya aviasiyasının Əsəd qüvvələrinə havadan dəstək verdiyi bildirilir. Bölgədəki bir çox kənd bombardmana məruz qalıb. Ölü və yaralılar var.

Göydağ kəndi və Kırıkaltı təpəsi yüksəklikdə yerləşdiyi üçün regionda xüsusi strateji əhəmiyyətə malikdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru