Türkiyədə PKK üzvləri polis əməkdaşlarına hücum edib

13-12-2015, 11:29           

Bu gecə Türkiyənin cənub-şərqindəki Şirnak vilayətində polis əməkdaşları ilə PKK terrorçuları arasında növbəti silahlı qarşıdurma qeydə alınıb.

Şəhərin iki məhəlləsində antiterror əməliyyatı keçirən qanun keşikçiləri müqavimətlə qarşılaşıb. Polisə dəstək məqsədi ilə hadisə yerinə zirehli texnika göndərilib. PKK üzvlərinin küçələrdə barikadlar qurduğu qeyd olunur.

Atışmanın hazırda da davam etdiyi bildirilir. (report)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru