Egeydə gərginlik: Türk- rus dəniz qüvvələri üz üzə

13-12-2015, 19:56           
Egeydə gərginlik: Türk- rus dəniz qüvvələri üz üzə
Türkiyənin Moskvadakı hərbi attaşesi təcili olaraq Rusiya Müdafiə Nazirliyinə çağırılıb.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Dekabrın 13-də Egey dənizinin şimal hissənidəki Lemnos adasının 22 kilometrliyində üzən Rusiyanın “Smetlivıy” xətt gəmisinin heyəti Türkiyənin hərbi gəmisi ilə toqquşmanın qarşısını alıb”, - məlumatda bildirilib.

Qeyd olunub ki, Moskva saatı ilə 9:03-də gəminin növbətçi xidməti 1 kilometr aralıdan Türkiyə gəmisinin sağ tərəfdən onlara yaxınlaşdığını müşahidə edib. Gəmi heyətinin türk tərəfi ilə əlaqəyə çıxmaq cəhdləri baş tutmayıb. 600 metr məsafədə ruslar Türkiyə gəmisinə atəş açacaqları barədə xəbərdarlıq edib. Məhz bundan sonra Türkiyə gəmisi kursu dəyişdirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru