Türkiyədə mahal mühasirəyə alındı: şiddətli döyüşlər gedir

14-12-2015, 14:21           

Türkiyənin Diyarbəkir vilayətinin Sur mahalında təhlükəsizlik qüvvələri və PKK terrorçuları arasında qarşıdurmalar şiddətlənib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, son 11 gündə 2 polisin şəhid olduğu, 14 polisin yaralandığı və 31 terrorçunun öldürüldüyü mahala yeni polis və ordu qüvvələri yeridilib.

Hazırda mahalın bütün giriş və çıxış nöqtələri tutulub. Terrorçuların zərərsizləşdirilməsi üçün xüsusi təyinatlı qüvvələr dörd tərəfdən mahala doğru irəliləyirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru