İŞİD-in Türkiyə PLANI: MİT-dən ŞOK AÇIQLAMA

14-12-2015, 14:25           

Türkiyənin kəşfiyyat orqanı olan Milli İstihbarat Təşkilatı (MİT) İŞİD-in Türkiyə ilə bağlı planlarının üstünü açıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, quru əməliyyatına qatılacağı halda İŞİD Türkiyəyə qarşı cəbhə açmağı və türk əsgərlərini əsir götürməyi planlaşdırır.

Məlumata görə, İŞİD Fransanın paytaxtı Parisdə həyata keçirdiyi və 132 nəfərin həyatını itirdiyi hücumlardan sonra yeni hücumlara hazırlaşır.

Türkiyənin kəşfiyyat qurumları İŞİD-in “Lazikiyedəki hərbi attaşenin köməkçisi” olan və bir müddət Fransada yaşayan tunisli “Hazim Bin Ali Abd Al Salam” kod adlı Abu Qutadah Tunisi ilə təşkilatın “Baaj valisi” hesab olunan “Abd Al Aziz Kudayr Ahmed al Jaburi” kod adlı Abu Musanın İraqın Ninova şəhərində görüşdüyünü müəyyənləşdirib.

MİT Abu Qutadah Tunisinin Yunanıstanda olduğu, kamikadze hücumu təşkil etmək üçün Türkiyəyə gəlməyi planlaşdırdığını müəyyən edib. Qrupda olan bir şəxsin Abu Qutadah Tunisinin qohumu olduğu bildirilir.

Kobanidə təxminən 4 min döyüşçüsünü itirən İŞİD-in quru əməliyyatında çox itki verməmək üçün ilk mərhələdə geri çəkiləcəyi də kəşfiyyat hesabatlarında əksini tapıb.

MİT İŞİD-in bir çox yüksək rütbəli liderinin də Rakkadan Mosula keçdiyi barədə məlumatlar əldə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru