Türkiyə geri çəkildi: ordu Mosuldan çıxır - Təcili

14-12-2015, 14:28           

Türkiyə Mosulun Beşika düşərgəsindəki hərbi varlığını azaldıb.

Axar.az xəbər verir ki, bu barədə mərkəzi Şimali İraqdan yerləşən “Rudav” agentliyi məlumat yayıb.

Məlumata görə, gecə saatlarında hərbi TIR-lar Türkiyədən keçərək Kürdüstan bölgəsinə girib. Bu gün səhər saatlarında isə türk əsgərlərinin böyük bir hissəsinin çıxarılmasına başlanılıb.

Düşərgəyə gedən TIR-ların ağır texnikanı daşıyaraq Türkiyəyə gətirəcəyi bildirilir.

Qeyd edək ki, Türkiyə dekabrın 4-də Mosula hərbçilərini göndərib. Ankaranın bu qərarı İraq rəhbərliyi tərəfindən etirazla qarşılanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru