Rusiya və Türkiyə gəmiləri arasında növbəti insident baş verib

14-12-2015, 17:45           
Rusiya və Türkiyə gəmiləri arasında növbəti insident baş verib
"Türkiyə bayrağı altında üzən naməlum gəmi Rusiyaya məxsus "Çernomorneftqaz" qazma qurğusunun yerdəyişməsinə mane olub".

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, şirkətdən bildiriblər ki, qazma qurğusunun yerdəyişməsi zamanı türk bayrağı altında üzən ticarət gəmisi istiqamətini dəyişməyərək qəza vəziyyəti yaradıb. Radiomübadilə zamanı guya türk gəmisinin kapitanı çağırışlara cavab verməyib. Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin keşikçi kateri və Qara dəniz donanmasının raket kateri türk bayrağı altında üzən gəmini kursunu dəyişməyə məcbur ediblər.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyinin açıqlamasına əsasən dekabrın 13-də Egey dənizində Rusiyaya məxsus hərbi gəmi Türkiyə balıqçı gəmisinə xəbərdarlıq atəşi açıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru