Əli Sancar Nobel mükafatını Türkiyə Ordusunun baş qərargahına təhvil verib

15-12-2015, 19:56           
Əli Sancar Nobel mükafatını Türkiyə Ordusunun baş qərargahına təhvil verib
Türk əsilli Amerika alimi professor Əli Sancar ötən həftə aldığı Nobel mükafatının medal və sertifikatını Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahına təhvil verib. Bu haqda istəyini Sancar Ankarada Türkiyə ordusu Baş Qərargahının rəisi Hülusi Akarla görüşündə səsləndirib.
Sancar bildirib ki, medal və sertifikatı mayın 19-da Anıtqəbirə gətirəcək və Atatürkə təslim edəcək. Atatürk Türkiyə Cümhuriyyətinin qurulduğu Qurtuluş Savaşını mayın 19-da Samsundan başlayıb. Həmin gün Atatürkün doğum günü kimi qeyd olunur.
Bir neçə saat öncə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşən professor Sancar görüşdən öncə media təmsilçilərinin suallarını cavablandırıb: “Nobel mükafatının medalı və sertifikatı Baş Qərargahın seyfində saxlanacaq. May ayında yenidən Türkiyəyə gələrək mükafatı Atatürkə təqdim edəcəm, çünki bu, Atatürkün, cümhuriyyətin medalıdır”.
Media təmsilçiləri ilə söhbət edən Sancar Türkiyə ilə bağlı ən çox Ankara simidini və İzmir əncirini özlədiyini deyib. Türkiyə mediası yazır ki, bazar ertəsi Ankaraya gələn professor Əli Sancarı böyük media ordusu addım-addım təqib edir.
Professor Əli Sancar 2015-ci il üzrə Nobel kimya ödülünü xərçəng xəstəliyinin müalicəsində yeni era açan kəşfinə görə qazanıb. Ötən həftə İsveç Kralı mükafatı sahibinə təqdim edib. /musavat.com
Videonu burda izle:
http://webtv.hurriyet.com.tr/haber/cumhurbaskani-erdogan-sancar-i-kabul-etti_123900?startVideo=6












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.