İsrail rəsmilərindən Ərdoğana xahiş kimi cavab - "Lağlağıya son verməlidir"

15-12-2015, 20:40           
İsrail rəsmilərindən Ərdoğana xahiş kimi cavab - "Lağlağıya son verməlidir"
İsraillə əlaqələrin normallaşması üçün 3 şərtin olduğunu açıqlayan prezident Ərdoğana İsraildən çox keçmədən cavab gəldi.

Avropa.info xəbər verir ki, İsrailin Xarici İşlər Nazirliyinin rəsmiləri məsələyə münasibət bildirərkən maraqlı ifadələr işlədiblər.

"Türkiyədən üzr istədik, təzminat ödəməyə də hazırıq. Ancaq Ərdoğan Qəzza blokadasının ləğv olunması ilə bağlı lağlağıya son verməlidir."

Qeyd edək ki, bu açıqlama Rəcəb Tayyib Ərdoğanın Türkmənistan səfərindən sonra təyyarədə jurnalistlərə İsraillə əlaqələrin normallaşması üçün üç şərtin olduğunu açıqlamasından dərhal sonra gəlib.

İsrailin, Ərdoğanın açıqlamasına rəsmi cavab verməkdən çəkindiyini yazan “Yediot Axronot” qəzeti XİN rəsmilərindən əldə etdiyi məlumatda Qəzza zolağı ilə bağlı blokadanın olmadığı, belə bir şey olmadığını Türkiyənin də bildiyi yazılır.

Qəzet Türkiyə-Rusiya böhranından sonra türk hökumətinin İsraillə əlaqələri normallaşdırmaq yollarını axtardığını və xüsusilə də İsrailin təbii qazına maraq göstərməyə başladığını iddia edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru