Türkiyə xüsusi təyinatlı qüvvələrini İdlibə göndərdi

6-02-2020, 00:28           
Türkiyə xüsusi təyinatlı qüvvələrini İdlibə göndərdi
Türkiyə ordusu Suriyanın İdlib şəhərindəki müşahidə məntəqələrinə xüsusi təyinatlı qüvvələr cəlb edib.

Publika.az “Trthaber”ə istinadən xəbər verir ki, təhlükəsizlik tədbirlərindən sonra xüsusi təyinatlılar 60 zirehli texnika ilə İdlibə yola düşüb. Onların sayı barədə məlumat verilmir.

Qeyd edək ki, Suriya ordusunun İdlibə hücumu zamanı 5 türkiyəli hərbçi həlak olub. Cavab hücumu nəticəsində 76 suriyalı hərbçi zərərsizləşdirilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.