Özünü öldürən qadının məktubu tapıldı: “Haqqımı halal etmirəm” - Foto

6-02-2020, 07:51           
Özünü öldürən qadının məktubu tapıldı: “Haqqımı halal etmirəm” - Foto
Əri, qayınanası və anası tərəfindən zülm görən gənc qadın meyitinin ailəsinə verilməməsini və kimsəsizlər qəbiristanlığında dəfn olunmasını vəsiyyət edərək özünü öldürüb.

Dəhşətli hadisə Türkiyənin Bursa şəhərinin Yıldırım rayonunda baş verib.

Bildirilir ki, Çorum şəhərindən Bursaya gəlin gələn 42 yaşlı iki uşaq anası Gülər K. yataq otağında özünə qəsd edib. Onu əri tapıb və dərhal polisə xəbər verib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və tibb işçiləri cəlb olunub.

Evdə təhqiqat aparan Yıldırım Rayon Polis İdarəsinin əməkdaşları qadının yazdığı məktubu tapıblar. Məktubda qadın əri, qayınanası və anasının zülmlərdən bezdiyi üçün həyatına son qoyduğunu yazıb.

“Əgər iflic olsam, ya ölsəm, dəfnimə ərim, qayınanam, anam – heç kim gəlməsin. Mənim heç kəsim yoxdur, kimsəsizlər məzarlığında basdırılmaq istəyirəm. Ərimə, qayınanama və anama haqqımı halal etmirəm. Sadəcə, uşaqlarım məzarımın yerini bilsinlər. Cənazəmi əsla ərimə və ailəmə verməyin”, - deyə gənc ana son məktubunda qeyd edib.

Qadının meyiti ekspertizaya yollanıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları isə hadisə ilə bağlı istintaqa başlayıblar.(oxu.az)













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru