Türkiyə İslam İttifaqına dəstək verməyəcək

16-12-2015, 19:49           
Türkiyə İslam İttifaqına dəstək verməyəcək
Türkiyə İslam İttifaqı üçün hərbi qüvvə ayırmayacaq.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Tanju Bilgiç jurnalistlərə açıqlamasında deyib.

Nazirlik rəsmisinin sözlərinə görə, hökumətin belə bir planı yoxdur.

“Səudiyyə Ərəbistanının liderliyi ilə qurulan İslam İttifaqı üçün hərbi qüvvə ayırmaq planımız yoxdur. Lakin bu ittifaq terrorla mübarizə mövzusunda canlı qüvvə, kəşfiyyat və ideoloji əlaqələrin koordinasiya edilməsi baxımından önəmli olacaq”, - Ankara rəsmisi qeyd edib.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı Xarici İşlər naziri Adil Cubeyr əməliyyatlara başlamağın bir qədər tez olduğunu açıqlamışdı:

“Bütün seçimlər masadadır. Hərbi əməliyyatların başlanılması ehtiyaca və ölkələrin lazımi dəstəyi verməsi ilə birbaşa bağlıdır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru