Türkiyədən İŞİD-in hücumu ilə bağlı - Bəyanat

17-12-2015, 00:08           
Türkiyədən İŞİD-in hücumu ilə bağlı - Bəyanat
Türkiyə tərəfi İŞİD-in Mosulun Başika bölgəsində yerləşən hərbi düşərgəyə hücumu ilə əlaqədar bəyanat verib.


Axar.az xəbər verir ki, İŞİD-in hücumu ilə bağlı bəyanat verən Türkiyə Müdafiə naziri İsmət Yılmaz bölgənin nə qədər təhlükəli olduğunu və Mosula ordu göndərilməsində nə qədər düzgün addım atdıqlarını bildirib.

Mosula yenə əsgər göndərilib-göndərilməyəcəyi barədə danışan Yılmaz hökumətin məsələ ilə bağlı qərar verəcəyini, hərbi təlim keçən əsgərlərin də təhlükəsizliyini qorumaq məcburiyyətində olduqlarını qeyd edib.

Qeyd edək ki, bu gün İŞİD Başika bölgəsində yerləşən hərbi qərargaha hücum etmişdi. Hücum nəticəsində 2 nəfər ölmüş, 6-sı yaralanmışdı. Yaralılar arasında Türkiyə əsgərlərinin də olduğu bildirilmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru