Türkiyə tam müharibə hazırlığında: orduya “narıncı həyəcan” elan dildi – Video

17-12-2015, 12:03           
Türkiyə tam müharibə hazırlığında: orduya “narıncı həyəcan” elan dildi – Video
Türkiyə Silahlı Qüvvələri Diyarbəkir 2-ci Hərbi Hava Qüvvələrinin 8-ci əsas təyyarə bazasında “hər an hər şeyə hazır olmaq” anlamına hələn “Narıncı həyəcan” elan edib. Publika.az xəbər verir ki, hərbi səlahiyyətlilər F-16 döyüş təyyarələrinin pilotlarına mümkün təhlükələrə qarşı “vur” əmrini gözləmədən cavab verməyi əmr edib.
Məlumata görə, İraqın şimalında və ölkə daxilində PKK terror təşkilatının düşərgələrinə qarşı böyük əməliyyata hazırlıq başlayıb. Əməliyyatda Diyarbəkir 8-ci əsas təyyarə bazasına məxsus döyüş təyyarələrindən istifadə olunacaq. Ölkəni təhdid edən terrorçuların tamamilə zərərsizləşdirilməsi üçün quruda həyata keçirilən əməliyyatlara sabahdan etibarən havadan da dəstək veriləcək.
F-16-lar qarşılaşdığı təhlükələri “vur” əmrini gözləmədən vura biləcək.
[media=https://www.youtube.com/watch?v=F3H6nUsnEoU]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru