Suriyanın şimalında YPG qüvvələri Cerablusa hücum etməyə hazırlaşır. Geniş miqyaslı əməliyyat planına Rusiya rəhbərlik edir, döyüş təyyarələri ilə havadan dəstək veriləcək. Bu iddia ilə Türkiyənin “Yeni Şəfəq” qəzeti çıxış edib. Qəzetin əldə etdiyi məlumata görə, hücum yaxın bir neçə gündə Ziyadiyə, Zormaqar və Ato kəndlərindən başlayacaq. Bu məqsədlə Kobani və Telabyatda kürd mövqeləri möhkəmləndirilib. Qeyd edək ki, bir neçə gün öncə ABŞ-ın 80 xüsusi təyinatlısı Kobaniyə yerləşdirilib. Rusiyanın PYD ilə Cerablusa hücumu Bayırbucaq bölgəsindən sonra Türkiyəni hədəf alan ən ciddi əməliyyat olacaq. Cerablusun PYD tərəfindən ələ keçirilməsi eyni zamanda Türkiyənin israrla tələb etdiyi etibarlı bölgə layihəsinin üzərindən xətt çəkə bilər.(axar.az)