Türkiyə xüsusi təyinatlılarının PKK-ya qarşı keçirdiyi əməliyyatın fotoları yayılıb

17-12-2015, 20:39           
Türkiyə xüsusi təyinatlılarının PKK-ya qarşı keçirdiyi əməliyyatın fotoları yayılıb
Türkiyənin bəzi cənub-şərq vilayətlərində ordu və polis xüsusi təyinatlılarının iştirakı ilə PKK terrorçularına qarşı geniş miqyaslı hərbi əməliyyat keçirilir.
APA-nın xəbərinə görə, Diyarbəkirin Sur və Silvan, Şırnakın Cizrə və Silopi, Mardinin Nusaybin rayonlarını əhatə edən xüsusi əməliyyata ağır hərbi texnika və tanklar da cəlb olunub. Əməliyyata general-mayor rütbəli zabit komandanlıq edir. Adı çəkilən rayon mərkəzlərində çoxlu sayda PKK terrorçusu mövqe tutub.

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı əməliyyatın ilk günündə (16 dekabr) Silopi və Cizrədə 25 terrorçunun məhv edildiyini açıqlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru