Hakan Şükür Türkiyədən qaçdı: “Bir daha Türkiyəyə dönməyəcəm”

17-12-2015, 22:38           
Hakan Şükür Türkiyədən qaçdı: “Bir daha Türkiyəyə dönməyəcəm”
Türkiyənin məşhur sabiq futbolçusu Hakan Şükür “Bir daha Türkiyəyə dönməyəcəm” deyib.
ANS PRESS-in məlumatına görə, əfsanəvi futbolçu İstanbuldaki evini satan bankdan bütün pullarını götürərək ABŞ-a köçüb. “Bir daha Türkiyəyə dönməyəcəm. Burada qalıb iş quracağam”,- deyə məşhur futbolçu vurğulayıb.
“Qalatasaray”ın əfsanəsinin ABŞ-a köçməsinin əsas səbəbi kimi “Paralel yapı”nın (Türkiyədə Fətullah Gülən tərəfdarlarının “paralel hakimiyyət”inin) üzvü olması iddia olunur.
Hakan Şükürün Türkiyəni tərk etməsinin daha bir səbəbi kimi isə futbolçunun türklərin göstərdiyi münasibətdən məyus olması göstərilir.
Hakan Şükür Türkiyənin “TRT” telekanalı ilə əməkdaşlıq edir. Sabiq futbolçu kanalda yayımlanan “Stadiyum” verilişində şərhçiliyə görə ilə 700 min dollar alır. “Kral” ləqəbi ilə tanınan futbolçu Türkiyə tarixinin ən yaxşı futbolçularından biri hesab olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru