Türkiyədə ilk: - raketli PUA istehsal olundu
18-12-2015, 16:35
Türkiyədə bir il davam edən araşdırmalardan sonra “Bayraqdar TB52” adlı raketli Pilotsuz Uçan Aparatın (PUA) sınaq uçuşu keçirilib.
Axar.az xəbər verir ki, yeni PUA uzaq mənzilli tank əleyhinə UMTAS raketi ilə təchiz olunub. Qanadlarında hər biri 37,5 kiloqram ağırlığında raket daşıyan “Bayraqdar TB52” hədəfi 5 min metr hündürlükdən və 8 kilometr məsafədən tam dəqiqliklə vurub.
Qeyd edək ki, Türkiyədə PUA araşdırmaları 2008-ci ildən başlayıb. Çünki həmin il rəsmi Ankara ABŞ-dan PUA almaq istəsə də, ABŞ Konqresi razılıq verməmişdi.
“Bayraqdar TB2”nin ilk uçuşu 2014-cü ilin iyun-avqust aylarında baş tutub. Sözügedən PUA 8229 metr hündürlükdə 24 saat 34 dəqiqə havada qalmaqla öz sinfində yeni dünya rekordu qazanıb.
Bununla da Türkiyə silahlı PUA istehsal etməklə dünyada ABŞ, Çin, İsrail və İrandan sonra 5-ci ölkə olub.
12 metr qanad məsafəsi olan “Bayraqdar TB2”in çəkisi 650 kq-dır.
Məlumat üçün bildirək ki, PUA-lar ABŞ-a məxsus “Predator” və “Reaper” sistemləri ilə təchiz olunur. İsrail isə “Hermes” adlı silahlı PUA-lar istehsal edir.
İran isə “Sadid-1” mərmisi ilə təchiz olunmuş “Şahid 129” adlı PUA-nı 2013-cü ildən istehsal edir. İran istehsallı PUA-lar Sudan, İraq, Livan, Venesuela və Suriyaya ixrac edilir