İHH-dan sərt İsrail açıqlaması - "Türkiyə, Fələstin və yaxın Şərqin əleyhinədir"
18-12-2015, 18:32
Türkiyənin humanitar yardım təşkilatı olan İHH Türkiyə ilə İsrail arasındakı razılığın təmin edildiyi haqda yayılan məlumatlara münasibət bildirib.
Avropa.info xəbər verir ki, İHH-nın öz “Twitter” hesabı üzərindən yaydığı açıqlamada əldə olunacaq belə bir razılığın Türkiyənin əleyhinə olduğunu düşündükləri qeyd olunur.
"Türkiyə ilə İsrail arasında əldə olunacaq belə bir razılığın Türkiyə, Fələstin xalqı və Yaxın Şərq xalqlarının əleyhinə olduğunu düşünürük."
Açıqlamada deyilir:
1. Türkiyə ilə İsrail arasındakı razılıqla bağlı yazılanları izləyir və belə bir razılıqdan xəbərdar olmadığımızı bəyan edirik.
2. Türkiyə ilə İsrail arasında əldə ediləcək bir razılığın Türkiyə, Fələstin xalqı və Yaxın Şərq xalqlarının əleyhinə olduğunu düşünürük.
3. İHH-nın Qəzza blokadası və Mavi Mərmərə mövzusundakı duruşunda heç bir dəyişiklik yoxdur.
4. Qəzza blokadası ləğv olunmalıdır, ləğv olunana qədər mübarizəmizi davam etdirəcəyik.
5. Embarqo ilə blokada eyni şey deyil. Məsələ, embarqo məsələsi deyil məsələ blokada məsələsidir.
6. Embarqo İsrailin öz tərəfindən hər hansı bir şeyin keçişinə qoyulan qadağadır. Blokada isə Qəzzaya dəniz və qurudan tətbiq olunan qadağa və eyni zamanda Aralıq dənizinin işğalıdır.
7. Mavi Mərmərə hücum edən bütün qatillər cəzasını çəkəcəkdir. Heç bir iddiadan geri dönüş olmayacaq. Mübarizələr bazarlıq mövzusu edilə bilməz
8. Möhtərəm prezidentimiz “haqq sahibləri qanı axanlardır” deyərək Mavi Mərmərə məsələsində şəhid ailələrinin haqq sahibliyini dəfələrlə vurğulamışdır.
9. Türkiyədə qaldırılan iddiada məhkəmənin verdiyi qırmızı bülleten qərarı dərhal İnterpola göndərilməlidir.
10. İsrail maddi-mənəvi təzminat ödəyəcək. Bu təzminat hüquqi qarşılıqla hesablanır. Belə bir pozuntunun hüquqi dəyəri ən azı 1 milyard dollardır.
11. Belə bir müqavilənin mövzusu təbii qaz ola bilməz. Çünki Şərqi Aralıq dənizindəki təbii qaz, Fələstin xalqının haqqıdır.
12. Mavi Mərmərə məsələsi yalnız Türkiyə xalqının deyil, Fələstin xalqının və 37 ölkə xalqının mübarizəsidir.
13. İsrail ilə razılıq və ələlxüsus da Mavi Mərmərə iddiasının əleyhinə olan bir razılıq Türkiyənin də, Qəzzanın da məğlubiyyətinə səbəb olar.