Rəsmi Ankara Rusiya təbliğatı ilə mübarizə üçün Kiyevdən kömək istəyib.
AzVision.az xəbər verir ki, bu barədə Ukrayna informasiya siayəti üzrə nazirinin müavini Tatyana Popova bildirib.
“Bu yaxınlarda Türkiyə nümayəndələri Rusiya dezinformasiyası ilə mübarizədə bizdən metodoloji kömək istəyiblər”, - deyə Popova qeyd edib.
Popovanın sözlərinə görə, İnformasiya Siyasəti Nazirliyi, Ukrayna Müdafiə nazirliyinin informasiya departamenti və “StopFake” layihəsinin əməkdaşları türkiyəli diplomatlarla görüşüblər: “Biz mümkün əməkdaşlıq variantlarını müzakirə etdik”. O, həmçinin rəsmi Ankaranın məsələ ilə bağlı onlara dəfələrlə müraciət etdiyini bildirib.