Türkiyə hökuməti Rusiya ilə bağlı iclas keçirdi - Təcili

19-12-2015, 09:12           
Türkiyə hökuməti Rusiya ilə bağlı iclas keçirdi - Təcili
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında Milli Təhlükəsizlik Şurasının iclası keçirilib.

Axar.az xəbər verir ki, yerli vaxtla 16:30-da başlayan iclas 6 saat davam edib.

İclasdan sonra verilən açıqlamada İraqda baş verən son proseslər və İraq xalqının təhlükəsizliyi istiqamətində atılacaq addımların müzakirə edildiyi bildirilib.

İclas zamanı həmçinin Rusiyanın Suriyada apardığı əməliyyatlar və miqrant böhranının gündəmə gətirildiyi də xatırladılıb. Su-24 böhranı ilə bağlı Rusiyanın Türkiyə əleyhinə siyasəti və bunun qarşılığında Ankaranın Kremlə qarşı mövqeyi də müzakirə edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru