Türkiyə ordusu Suriyada daha bir şəhid verib, 9 əsgər də yaralanıb
4-03-2020, 07:49
Türkiyənin Suriyanın şimalında İdlib vilayətindəki “Bahar qalxanı” əməliyyatı çərçivəsində Türkiyə Silahlı Qüvvələrinin bir hərbi qulluqçusu şəhid olub Yeniavaz.com xəbər verir ki, bunu Türkiyə Müdafiə naziri Hulusi Akar deyib. Nazirin sözlərinə görə, daha 9 türk hərbçisi yaralanıb. H.Akar Əsəd rehiminə aid 82 hədəfin vurulduğunu və zərbələrin endirilməyə davam etdiyini açıqlayıb.