Türkiyədə benzinin qiyməti aşağı salınır

10-03-2020, 00:00           
Türkiyədə benzinin qiyməti aşağı salınır
Səudiyyə Ərəbistanının neft hasilatını artırması, üstəlik, koronavirusa görə bu təbii sərvətə ehtiyacın azalması dünya birjalarında mənzərəni dəyişib. Neftin qiyməti kəskin aşağı düşüb.


Teref.az xəbər verir ki, bu dəqiqələrdə “Brent” markalı neftin bir bareli təxminən 36 dollara satılır. Gün ərzində hətta 31 göstəricisi də qeydə alınmışdı.

Neftin qiymətinin aşağı düşməsi benzin bazarına təsisiz ötüşə bilməz. Türkiyədə bu amili nəzərə almağa başlayıblar. Qonşu, qardaş ölkədə benzinin qiymətinin aşağı salınması prosesi gedir. Konkret qiymətinin 82 kuruş (23 qəpik) endirilməsi planlaşdırılır.

İndiyə qədər benzinin 1 litri Ankarada 6,71 (1,87 manat), İstanbulda isə 6,63 lirəyə (1,85 manat) satılırdı.

//Bizimyol.info//












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru