“İŞİD-lə mübarizə aparan yeganə NATO ölkəsiyik” –Ərdoğan

10-03-2020, 00:00           
“İŞİD-lə mübarizə aparan yeganə NATO ölkəsiyik” –Ərdoğan
Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin dəvəti ilə Belçikaya birgünlük işgüzar səfər edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Brüsseldə NATO baş katibi Yens Stoltenberqlə görüşüb.

Rəcəb Tayyib Ərdoğan görüşdən sonra hərbi alyansın rəhbəri ilə birgə mətbuat konfransı keçirib.

Türkiyə prezidenti deyib ki, heç bir Avropa ölkəsi Suriyada münaqişəyə və insanlıq faciəsinə laqeyd münasibət bəsləməməlidir.

Dövlət başçısı qeyd edib ki, NATO müttəfiqi Türkiyə ilə həmrəylik nümayiş etdirməlidir. “Biz İŞİD-lə sinə-sinəyə mübarizə aparan və şəhidlər verən yeganə NATO ölkəsiyik”, – deyə Türkiyənin dövlət başçısı vurğulayıb. O, qeyd edib ki, Türkiyə artıq 9 ildir Suriyadan olan təhlükəyə qarşı mübarizə aparır. (Report)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru