Ərdoğandan benzinin qiyməti ilə bağlı açıqlama

11-03-2020, 00:00           
Ərdoğandan benzinin qiyməti ilə bağlı açıqlama
Neft bazarında baş verənlər məntiqlə benzinin qiymətlərinə təsir göstərməyə bilməz. Türkiyədə qiymətləri aşağı salmaq qərarına gəliblər.
KONKRET.az xəbər verir ki, qardaş ölkənin dövlət başçısı benzinin qiymətinin aşağı salınması müjdəsini verib. Türkiyə prezidenti yanacağın bu gecədən etibarən 60 kuruş (təxminən 17 qəpik) ucuz satılacağını bildirib.
İndiyə qədər benzinin 1 litri paytaxt Ankarada 6,71 (1,87 manat), İstanbulda isə 6,63 lirəyə (1,85 manat) satılırdı. Qiymət 6 lirəyə xeyli yaxınlaşacaq.
Səudiyyə Ərəbistanının gündəlik neft hasilatını artırması dünya bazarında şimşək effekti yaratdı. Dünən “Brent” markalı neftin qiyməti birdən-birə 13-14 dollar aşağı düşdü. Səudiyyə Ərəbistanı apreldə hasilatı daha 20-25 faiz artıracağını açıqlayıb. Deməli, neftin qiymətinin bir az da aşağı düşməsini gözləmək olar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru