Pentaqon “Patriot” sistemlərini Türkiyəyə satmaq şərtini açıqlayıb
11-03-2020, 08:01
“ABŞ “Patriot” zenit-raket sistemlərini Türkiyəyə “S-400” hava hücumundan müdafiə qurğularını Rusiyaya geri qaytaracağı təqdirdə satacaq”.
APA TASS-a istinadən xəbər verir ki, bu barədə Pentaqon sözçüsü Jonatan Hoffman jurnalistlərə açıqlamasında Türkiyə prezidentinin mövzu ilə bağlı mövqeyini yumşaltması ilə bağlı fikirləri şərh edərkən bildirib.