Prezidenti koronavirusdan belə qoruyurlar - VİDEO

11-03-2020, 16:10           
Prezidenti koronavirusdan belə qoruyurlar - VİDEO
Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) iclası üçün parlamentə gedən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın koronavirusdan qorunması üçün xüsusi cihazlarla izlənilib.

"MediaPost”un xəbərinə görə, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Paylaşılan görüntülərdə Ərdoğanın teplovizorlar (temperaturu və virusları müəyyənləşdirmək üçün cihaz) vasitəsilə hər dəqiqə izləndiyi öz əksini tapıb.
Ərdoğanı izləyən qrupun bu cihazdan onun ətrafındakı insanları da incələdiyi, hər bir şəxsin ayrı-ayrılıqda yoxlandığı bildirilib.

Türkiyə prezidentinin təhlükəsizliyi üçün bu tədbirə davam ediləcəyi qeyd olunub.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru