Bu qüvvələr Türkiyəyə qarşı Əsədlə birləşdi - Video

12-03-2020, 00:00           
Bu qüvvələr Türkiyəyə qarşı Əsədlə birləşdi - Video
Liviyada qiyamçı general Xəlifə Haftar və Misir Kəşfiyyat İdarəsinin rəhbəri Abbas Kamilin Əsəd rejimi ilə gizli görüşlər keçirdiyi ortaya çıxıb.

Axar.az xəbər verir ki, Haftarın Əsəd rejiminin yüksək rütbəli hərbi heyəti ilə həm ikili münasibətləri, həm də Türkiyəyə qarşı əməkdaşlıq planlarını müzakirə etdiyi bildirilib.

Haftar qüvvələri ilə rejim arasında 46 protokol da imzalanıb.

Haftar və Əsəd rejimi arasında keçirilən gizli görüşdə rejim əsgərlərinin Liviyaya göndərilməsi və bölgədə muzdlu hərbçilərin silahla təmin olunması barədə razılıq əldə edilib.

Məlumata görə, Misir Kəşfiyyat İdarəsinin rəhbəri Abbas Kamil isə Suriya Milli Təhlükəsizlik Təşkilatının sədri Əli Məmlüklə Dəməşqdə görüşüb. Bu ziyarətin gizli hədəfinin Türkiyəyə qarşı ittifaq yaratmaq olduğu vurğulanıb.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.