Əli Babacan partiyasını qurdu - Ərdoğandan münasibət

12-03-2020, 00:05           
Əli Babacan partiyasını qurdu - Ərdoğandan münasibət
Türkiyənin Baş Nazirinin keçmiş müavini Əli Babacan Demokratiya və Sıçrayış Partiyasını (Demokrasi və Atılım Partisi – DEVA Partisi) quraraq sədrliyini elan edib.

DEVA-nın Təsisçilər Heyətinin 90 üzvü var. Onlardan 27-si qadın, 16-sı isə gənclərdir. Onların arasında keçmiş nazirlər Sadullah Ergin, Selma Aliyə Kavaf, Nihat Ergün, jurnalist Gülay Göktürk, AKP-nin keçmiş millət vəkilləri yer alıb.

DEVA-nın loqosu su damlası içərisində budaqdır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan DEVA-nın yaranmasına belə münasibət bildirib:

" Mübarizəsi inanc, millət, ölkə olmayanın sonu hər zaman məyus olmağa məhkumdur. Bunların heç biri bizi zərrə qədər maraqlandırmır". \\Qafqazinfo












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru