Türkiyə turizm mövsümünü təxirə salır

12-03-2020, 16:38           
Türkiyə turizm mövsümünü təxirə salır
Türkiyə hökuməti koronavirusa görə turizm mövsümünün başlanğıcını martdan aprelin sonlarına təxirə salır.

“Anadolu” xəbər agentliyinin məlumatına görə, bu barədə ölkədaxili hotellər və turizm şirkətlərinə təklif verilib.

Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy turizm şirkətlərinə ölkəyə səfərlərin təşkilinə aprelin 15-dən sonra başlamağı tövsiyə edib.

Ticarət naziri Ruhsar Pekcan Türkiyədə keçirilən bütün beynəlxalq sərgilərin aprelin sonuna qədər təxirə salınacağı bildirib.

Türkiyə Avropada geniş miqyasda yayılmış koronavirusun bu ölkənin ərazisində yoluxma hallarının artmasına təsir edəcəyindən ehtiyatlanır.

Xatırladaq ki, martın 11-də Avropadan ölkəsinə qayıdan Türkiyə vətəndaşında koronavirus aşkar edilib.

©Oxu.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru