Türkiyədə sərnişinlə dolu mikroavtobus atəşə tutuldu
12-03-2020, 21:50
İstanbulun Maltəpə rayonunda şərnişin dolu mikroavtobus silahlı şəxslər tərəfindən gülləboran edilib.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, 4 naməlum şəxs yolda mikroavtobusa yaxınlaşaraq atəş açmağa başlayıb. İnsident zamanı ölən olmasa da, mikroavtobusun sürücüsü yaralanıb.
Hadisəni törədən şəxslər polis tərəfindən saxlanılıb.