Ankaradan manevr: Mosuldakı türk əsgəri…
22-12-2015, 14:45
Ankara ilə Bağdad arasında böhrana səbəb olan Başika düşərgəsindəki türk əsgərləri barədə qərar verilib.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, baş nazirin köməkçisi Numan Kurtulmuş Mosuldakı Başika düşərgəsinin İraqın şimalındakı Duhok və Bamerniyə köçürüləcəyini bildirib.
Peşmərgə güclərinə təlim vermək məqsədi ilə Başika düşərgəsində olan türk əsgərlərinin böyük hissəsinin bir-iki gün ərzində bölgədən ayrılması nəzərdə tutulur. Düşərgədə qalan az sayda əsgər isə ilin sonuna kimi Duhok və Bamernidə yerləşdiriləcək.
Başikada son bir il ərzində 100-150 türk əsgəri var idi. İŞİD təhdidinin artması ilə dekabrın 4-də Başikaya təxminən 400 komandos və 25 tank göndərilib.
Bağdad BMT-yə müraciət etdikdən sonra 5-6 tank və təxminən 100 əsgər dekabrın 14-də şimala köçürülüb. Düşərgə dekabrın 16-da İŞİD-in hücumuna məruz qalıb. Ardınca isə ABŞ prezidenti Barak Obama Ankaranı əsgərlərini geri çəkməyə çağırıb.