Türkiyə apelyasiya məhkəməsi “erməni-türk dostluğuna” qarşı qərar verib

22-12-2015, 21:04           
Türkiyə apelyasiya məhkəməsi “erməni-türk dostluğuna” qarşı qərar verib
Qarsdakı “erməni-türk dostluğu” abidəsini qorxunc adlandırdığı üçün məhkəməyə verilərək 10 min türk lirəsi təzminat ödənilməsi tələb edilən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan apelyasiya məhkəməsində qalib gəlib. Trend-in məlumatına görə, bu barədə Türkiyənin Haber7 qəzeti məlumat verib.

Məlumata əsəsən, Türkiyə apelyasiya məhkəməsi Ərdoğan əleyhinə olan qərarı ləğv edib.

2011-ci ildə hazırkı prezident sabiq Baş Nazir Qarsa səfəri zamanı “erməni-türk dostluğu” abidəsini qorxunc adlandırmışdı.

Sonra abidənin memarı Mehmet Aksoy məhkəməyə müraciət edərək Ərdoğandan onun əl işini təhqir etdiyi üçün təzminat tələb etmişdi.

Qarsdakı “erməni-türk dostluğu” 2011-ci ilin sonunda sökülüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru