Türkiyədə 100 kq partlayıcı aşkarlanıb

22-12-2015, 22:06           
Türkiyədə 100 kq partlayıcı aşkarlanıb
Türkiyənin Mardin vilayətinin Nusaybin şəhərində 100 kq partlayıcı aşkarlanıb.

teref.aznun APA-ya istinadən məlumatına görə, bu barədə “Sabah” qəzetinə hüquq-mühafizə orqanlarından bildirilib.

Qeyd olunur ki, xidməti itin köməyi ilə aşkarlanan partlayıcı maddə yerin altında iki konteynerdə gizlədilib. Yaxınlıqda 400 metrlik kabel və detonatorlar da tapılıb.

Polis ehtimal edir ki, PKK silahlıları partlayıcı maddədən yaxınlıqda keçən Kərkük-Ceyhan neft kəmərini partlatmaq üçün istifadə etməyi planlaşdırırdılar.

Qeyd edək ki, İraq nefti Türkiyəyə Kərkük-Ceyhan xətti vasitəsi ilə nəql olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru