Səhiyyə naziri gənclərə səsləndi: "Türkiyədə son 24 saat ərzində daha 293 nəfər koronavirusa yoluxub"

24-03-2020, 01:47           
Səhiyyə naziri gənclərə səsləndi:
Koronavirus Türkiyədə sürətlə yayılır.

Strateq.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Koca sosial şəbəkədəki hesabında məlumat yayıb.

O bildirib ki, Türkiyədə son 24 saat ərzində 7 nəfər ölüb, daha 293 nəfər koronavirusa yoluxub: “Bu gün 3672 nəfərin üzərində testin nəticəsi bəlli oldu. Daha 293 nəfərin koronavirusa yoluxması təsdiqləndi. Çabalarımıza rəğmən, 7 nəfəri itirdik. Bununla da Türkiyədə yeni tip koronavirüs səbəbindən ölənlərin sayı 37-yə, yoluxanların sayı isə 1529-a çatdı”.

Nazir paylaşımında gənclərə də səslənib: “Yoluxmanın xaricində deyilsiniz. Həyatınızı yavaşladın. Riskə girməyin. Riski evinizə daşımayın. Evdə qalın. Həyat evə sığar”.

Strateq.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru