Hərbi xidmətə çağırış dayandırıldı - Qazaxıstanda

26-03-2020, 00:00           
Hərbi xidmətə çağırış dayandırıldı -
Qazaxıstanda yeni koronavirus səbəbindən hərbi xidmətə yaz çağırışı və bir il xidmət edən əsgərlərin tərxis edilməsi dayandırılıb.

Unikal.org xəbər verir ki, Qazaxıstan Müdafiə Nazirliyi fövqəladə vəziyyət tətbiq edilməsi ilə əlaqədar olaraq 2020-ci ilin yazında hərbi xidmətə çağırışı və əsgərlərin tərxis edilməsini dayandırıb.

Martın 24-də çərşənbə axşamı günü ölkədə koronavirusa 69 yoluxma faktı təsdiqlənib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.