Türkiyədə koronavirusdan ölənlərin sayı 59 nəfərə çatdı

26-03-2020, 08:18           
Türkiyədə koronavirusdan ölənlərin sayı 59 nəfərə çatdı
Türkiyədə koronavirusa yoluxanların sayı 2 433 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca özünün “Twitter”dəki səhifəsində yazıb.

O, qeyd edib ki, ölkədə virusdan ölənlərin sayı da artıb.

“Bu gün 5 035 test aparıldı, onlardan 561-inin nəticəsi müsbət oldu. Ölkəmizdə ümumilikdə 2 433 koronavirusa yoluxma var. Biz daha 15 pasiyenti itirdik, ölənlərin ümumi sayı 59 nəfərə çatdı”, - deyə nazir “Twitter”dəki səhifəsində yazıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru