Türkiyədə rus əsilli ABŞ vətəndaşı həbs olundu - PKK üzvü çıxdı

23-12-2015, 20:37           
Türkiyədə rus əsilli ABŞ vətəndaşı həbs olundu - PKK üzvü çıxdı
Türkiyədə artıq 8 gündür müxtəlif vilayətlərə PKK terror təşkilatının üzvlərinə qarşı genişmiqyaslı əməliyyatlar keçirilir.

Avropa.info xəbər verir ki, əməliyyatlar nəticəsində onlarla PKK terrorçusu məhv edilmiş və təşkilatla əlaqəsi olan şəxslər həbs olunmuşdur.

Həbs olunanların arasında isə Türkiyə polisinin heç gözləmədiyi kimi ABŞ-ın Texas ştatından və əslən rus olan bir nəfər olub.

Mardin vilayətinin Nusaybin rayonunda həyata keçirilən əməliyyat axtarış tədbirləri zamanı xarici vətəndaşın polisə müqavimət göstərməkdə şübhəli bilinərək həbs olunması hər kəsi şoka salıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru