""Qara qutu" şousu Rusiyanı pis vəziyyətdə qoydu" Ərdoğan

23-12-2015, 21:01           
""Qara qutu" şousu Rusiyanı pis vəziyyətdə qoydu" Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın vurulan “Su-24” təyyarəsinin “qara qutu”sunun açılması və oxuna bilməməsi məsələsinə münasibət bildirib.

APA-nın “Milliyet”ə istinadən verdiyi məlumata görə, R. T. Ərdoğan Türkiyənin özündən əmin olduğunu bildirib: “Rusiya əvvəlcə “qara qutu”dakı məlumatlardan bəhs etdi. Bu işi şouya çevirdilər. Sonra əzilmə səbəbi ilə “qara qutu”nun içərisindəki məlumatların oxunmadığını açıqladılar. Biz özümüzdən əminik. Bu kimi şoular ondan mədəd umanları pis vəziyyətdə qoymaqdan başqa bir şey deyil”.

Xatırladaq ki, bir neçə gün öncə Rusiya Müdafiə Nazirliyi Türkiyə tərəfindən vurulan “Su-24” hərbi təyyarəsinin “qara qutu”sunu oxumağın mümkün olmadığını açıqlayıb. Bildirilir ki, “qara qutu”da mikrosxemlərdən yalnız biri normal durumdadır, qalan 15-i çox ciddi şəkildə zədələnib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru