Rusiyanın qorxusu reallaşır: türkmən qazı Bakıya doğru

23-12-2015, 23:47           
Rusiyanın qorxusu reallaşır: türkmən qazı Bakıya doğru
ürkmənistanın 800 kilometr uzunluğundakı Şərq-Qərb təbii qaz boru xətti açılıb.


Publika.az xəbər verir ki, Türkmənistanın Şərqi ilə Qərbini birləşdirən boru xətti türkmən qazını Azərbaycana, oradan da Avropaya daşıyacaq Transxəzər layihəsinin gerçəkləşməsi üçün ilk addım olaraq dəyərləndirilir.
Türkmənistan prezidenti Qurbanqulu Berdimuhəmmədovun iştirakı ilə keçirilən açılış mərasimində Azərbaycandan SOCAR prezidenti Rövnəq Abdullayev, Türkiyədən isə enerji və təbii qaynaqlar naziri Berat Albayraq iştirak edib.


Q. Berdimuhəmmədov açılış mərasimində bildirib ki, Şərq-Qərb boru xətti Şimal, Cənub, Qərb və Şərq istiqamətində qaz ixracatını stimullaşdıracaq.


Ekspertlər isə bu xəttin yaxın gələcəkdə Transxəzər layihəsinin gerçəkləşməsi üçün baza rolu oynayacağını bildiriblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru