PKK/HDP lideri Türkiyəni Rusiyaya satdı - Həmişəki kimi

24-12-2015, 00:12           

Türkiyə Xalqların Demokratik Partiyasının (HDP) həmsədri Səlahəddin Demirtaş Rusiyanın paytaxtı Moskvada görüşlərə başlayıb.


Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Demirtaş ilk olaraq Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşüb.


HDP-nin həmsədri görüşün mətbuata açıq hissəsində “bu çətin dövrdə” Rusiya ilə olan əlaqələrə böyük əhəmiyyət verdiklərini söyləyib. HDP-nin həmsədri Rusiya təyyarəsinin vurulmasının doğru qərar olmadığını vurğulayıb.


Sergey Lavrov isə Demirtaşla Suriyadakı vəziyyəti müzakirə etmək istədiyini bildirib. Onun sözlərinə görə, Türkiyənin noyabrın 24-də Rusiyanın Su-24 təyyarəsini vurması Rusiyanın türk xalqı ilə əlaqələrinə təsir etməyib.
[media=https://www.youtube.com/watch?v=ziHH0PIFV-I]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru