Məşhur kriminal avtoritet saxlanıldı və… buraxıldı

25-12-2015, 13:50           
Məşhur kriminal avtoritet saxlanıldı və… buraxıldı
Türkiyədə məşhur kriminal avtoritet Sedat Şahin saxlanılıb və daha sonra sərbəst buraxılıb.
Musavat.com-un məlumatına görə, S.Şahin polis qrupları tərəfindən uzun müddət təkib edildikdən sonra tutulub. Onunla bərabər yanındakı 7 nəfərin də saxlanıldığı bildirilir.
Axtarış zamanı şübhəlilərin avtomobilindən 7 tapança, 7 daraq, 150 güllə ələ keçirilib. Hakim qarşısına çıxarılan şübhəlilər məhkəmənin qərarı ilə sərbəst buraxılıb.
Qeyd edək ki, Sedat Şahinin qardaşı Vedat Şahin bir müddət öncə İstanbulda küçənin ortasında vurularaq öldürülmüşdü. Sedat Şahinin qisas alacağından şübhələnən polis ondan ifadə almışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru